Pakistanda rus pilotların olduğu helikopter qəzaya uğrayıb

post-img

Şənbə günü Pakistanın şimalında helikopterin qəzaya uğraması nəticəsində ən azı 6 nəfər həlak olub. "Reuters" təhlükəsizlik mənbələrinə istinadən xəbər verir.

Agentliyin həmsöhbətlərinin dediyinə görə, helikopter ölkənin şimalındakı Hayber Paxtunxva əyalətində özəl şirkət kirayələyib.

Helikopter havaya qalxdıqdan az sonra Əfqanıstan sərhədi yaxınlığındakı qeyri-sabit Şimali Vəziristan bölgəsində qəzaya uğrayıb.

Helikopterdə təxminən 14 sərnişinin olduğunu bildirən mənbələr qəza nəticəsində 8 nəfərin yaralandığını və xəstəxanaya yerləşdirildiyini vurğulayıb.

S.ELAY

XQ

Dünya