Peskov: Qərb Rusiya ilə sonuncu ukraynalıya qədər döyüşmək niyyətindədir

post-img

Qərb Rusiya ilə “sonuncu ukraynalıya qədər” mübarizə aparmaq niyyətindədir. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Məlumatı “Anadolu” verib. 

Kreml təmsilçisi NATO-nun baş katibi Yens Stoltenberqin Rusiya ərazisinin dərinliklərinə Qərb silahları ilə zərbə endirməkdən qorxmağa ehtiyac olmadığı barədə sözlərini şərh edib.

“Onlar son ukraynalıya qədər bizimlə döyüşmək fikrindədirlər. Bu, hər kəsdə fərqli şəkildə özünü göstərir. Stoltenberq bunu belə edir”, - Peskov bildirib.

Eyni zamanda, Kreml nümayəndəsi vurğulayıb ki, hazırda NATO-nun baş katibi postunu tutan Stoltenberq “gedən adamdır”. “O, işlədiyi yerdə tezliklə fəaliyyətini dayandıracaq. O, buna görə belə məsuliyyətsiz bəyanatlara yol verir”, - Peskov deyib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya