Ümumi çəkisi 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 21-də və 22-də ümumi çəkisi 31,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2,7 kiloqramdan artıq heroin, 27,3 kiloqramdan çox marixuana, 1,6 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 662 ədəd metadon həbindən ibarət olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər