Fidan Tunis və Səudiyyə Ərəbistanının XİN başçıları ilə görüşüb

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə Səudiyyə Ərəbistanı və Tunis xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.

“Nazir Hakan Fidan Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci iclası çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb”, - Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında bildirilib.

Başqa bir xəbərdə deyilir ki, Türkiyə xarici işlər naziri Tunisin xarici işlər naziri Məhəmməd Əli əl-Nefti ilə görüşüb.

Türkiyə 13 il sonra Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 162-ci növbəti iclasında iştirak edir. İclasda Hakan Fidan çıxış edib.

Fidan Qahirədə Avropa İttifaqı Komissiyasının vitse-prezidenti və xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell ilə də görüşüb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya