İran prezidenti Məsud Pezeşkian ilk xarici səfərini İraqa edib. İraq baş nazirinin mətbuat xidmətinin məlumatına görə, İran prezidentini Bağdad beynəlxalq hava limanında İraqın baş naziri Məhəmməd Şia əl-Sudani qarşılayıb.
Məlumatı “Anadolu” verib.
Əl-Sudani İran prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə hərtərəfli danışıqlar aparacaq.
Liderlər vergi əməkdaşlığı, kənd təsərrüfatı, təbii sərvətlər, rabitə, sosial müdafiə, gənclər və idman, təhsil, turizm, mədəniyyət, tarixi irs, peşə hazırlığı və inkişafı sahələrində anlaşma memorandumlarının imzalanması mərasimində iştirak edəcəklər.
Pezeşkian İraq prezidenti Əbdül Lətif Rəşid, parlament sədri vəzifəsini icra edən Muhsin Mendelavi və bir sıra rəsmi şəxslərlə də görüşəcək.
P.ƏMİRCANOV
XQ