Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

post-img

Əlcəzairlilər bu gün növbədənkənar prezident seçkilərində səs verməyə başlayıblar.

Əlcəzairdə 23,4 milyondan çox insan səsvermə hüququna malikdir və xaricdə yaşayan 865 mindən çox əlcəzairli erkən səsverməyə başlayıb.

Ali post uğrunda istefada olan prezident Abdelmacid Tebbun ilə yanaşı, Sülh Hərəkatı Cəmiyyətindən Abdelaali Həssəni Şərif və sosialist Yusef Auşiş mübarizə aparırlar.

Xatırladaq ki, Əlcəzairdə növbəti seçkilər bu ilin dekabr ayında keçirilməli idi.

78 yaşlı Tebbunun Şimali Afrikanın bu ölkəsində ikinci müddətə prezident olacağı gözlənilir.

Dünya