Bu ilin ilk yeddi ayının statistikasına əsasən, Mərakeşin hava sektorunda 18.5% artım müşahidə olunub. Beləliklə də, Mərakeşə gələn turistlərin sayı 18.1 milyona çatıb.
AZƏRTAC xəbər verir ki, Mərakeş Milli Hava Limanlarının yaydığı məlumata əsasən, ölkəyə səfər edənlərin 19 faizi Avropadan, 12.1 faizi Yaxın və Uzaq Şərqdən, 16.4 faizi Afrikadan, 8.4 faizi isə Şimali Amerikadan gəlib.