Komandamızın medallarının sayı 5-ə çatıb
Paris Yay Paralimpiya Oyunlarının 6-cı günü də Azərbaycan komandası üçün uğurlu olub.
Bu mötəbər yarışda gücünü sınayan paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda mübarizə aparıb. 11.81 saniyə göstərici ilə rəqibləri üçün əlçatmaz olan idmançımız finiş xəttini birinci keçərək finala vəsiqə əldə edib. Həlledici mərhələdə idmançımız 11.76 saniyə nəticə ilə qızıl medal qazanıb.
Xatırladaq ki, hazırda Azərbaycan komandasının hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Salei (100 metr məsafəyə arxası üstə üzmə) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
Leyla QURBANOVA
XQ