Pakistanda terror hücumlarının sayı artmaqda davam edir.
Bu barədə Dawn qəzeti Pakistan Sülh və Diplomatik Araşdırmaları İnstitutuna istinadla məlumat yayıb.
İnstitutun məlumatına görə, 2024-cü ilin avqustunda terror aktlarının sayı 59–a çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 fakt çoxdur. Ən çox terror hücumları Xeyber-Paxtunxva (29) və Bəlucistan (28) əyalətlərində qeydə alınıb. Daha iki terror aktı Pəncabda törədilib. Ekstremist qrupların hücumları nəticəsində azı 84 nəfər həlak olub, 166 nəfər yaralanıb.
Hesabat dövründə ölkədə 12 antiterror əməliyyatı həyata keçirilib və 88 silahlı məhv edilib. Terrorçularla toqquşmalarda 15 hərbçi və 3 polis əməkdaşı həyatını itirib.