Ərdoğan: Türkiyə dünyanın ən məşhur turizm məkanına çevrilib

post-img

Türkiyə ölkəyə gələn ziyarətçilərə sağlamlıq, mədəni, dini, qış və təbiət turizmi üçün müxtəlif imkanlar təqdim edərək dünyanın ən məşhur turizm məkanlarından birinə çevrilib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rixos otelinin açılışında deyib. Məlumatı “Anadolu” verib. 

O, Türkiyədə ilboyu turizm üçün şəraitin genişləndirilməsinin vacibliyini vurğulayıb. Prezident Ərdoğan ölkədə turizmin inkişafına hava limanları və magistral yollar da daxil olmaqla müasir infrastrukturun kömək etdiyini vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyənin ən böyük metropolisi olan İstanbul mədəniyyət və konqres turizmi üzrə dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib: “Biz İstanbulu mədəniyyət və konqres turizmi üçün dünyanın ən məşhur istiqamətlərindən birinə çevirmişik”.

Türkiyə lideri şəhərin dünya miqyasında əhəmiyyətini vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya