Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Məlumata görə, Qara, Metina bölgələrində və Pençe-Kilit əməliyyatı zonasında 15 PKK terrorçusu, Suriyanın şimalındakı Münbiç bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Türkiyə Müdafiə Nazirliyi terrorla mübarizəni davam etdirmək əzmində olduğunu bəyan edib.
Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.
PKK bu illər ərzində Türkiyəyə qarşı qanlı terror fəaliyyəti ilə qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına əlavə edib.
P.ƏMİRCANOV
XQ