Qərbin Kiyevə geniş miqyaslı dəstəyinə baxmayaraq, Rusiya Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmağa davam edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Məlumatı “İnterfaks.ru” verib.
“Qərb elitaları indiki rejimə genişmiqyaslı siyasi, maliyyə və hərbi dəstək verməkdə davam edir və buna Rusiyaya qarşı mübarizədə silah kimi baxır. Biz bütün bunları görürük və Rusiyanın, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi əməliyyat çərçivəsində qarşıda duran bütün vəzifələri ardıcıl olaraq yerinə yetirməyə davam edəcəyik”, - deyə Putin Monqolustana səfəri ərəfəsində bu ölkənin “Onoodor” qəzetinə müsahibəsində bildirib.
P.ƏMİRCANOV
XQ