Avropa İttifaqının (Aİ) Çindən idxal etdiyi “Tesla” avtomobillərinə planlaşdırdığı tarifləri 20,8 faizdən 9 faizə qədər azaldacaq. Eləcə də elektriklə işləyən avtomobillər istehsal edən digər Çin şirkətləri üçün də bir sıra rüsumlar azaldılacaq. Bu barədə Aİ bəyanat yayıb. Məlumatı “İzvestiya.ru” yayıb.
“NBC News” xəbər verir ki, iyun ayında Aİ “ədalətsiz subsidiyalardan böyük fayda əldə edən” və Avropadakı elektrikli avtomobil istehsalçılarını “iqtisadi zərərlə” hədələyən Çin elektrikli avtomobillərinin idxalına daha yüksək tariflər tətbiq etmək niyyətində olduğunu açıqlamışdı.
Avqustun 20-də isə Avropa Komissiyası “Çindən akkumulyatorlu elektrik avtomobillərinin idxalına qəti kompensasiya rüsumlarının tətbiqi” qərarının layihəsini açıqlayıb.
Aİ əlavə edib ki, İlon Maskın “Tesla” şirkətinin Çin istehsalı olan elektrik avtomobilləri üçün planlaşdırılan rüsumları yenidən hesablamaq və fərdi rüsum dərəcəsini aşağı salmağa qərar verib.
P.ƏMİRCANOV
XQ