Böyük Britaniya lazer silahını sınaqdan keçirir

post-img

Böyük Britaniya ordusu lazer silahlarını ilk dəfə pilotsuz təyyarələrə qarşı sınaqdan keçirir.

Ölkənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, söhbət “Raytheon” şirkətinin hazırladığı silahlardan gedir. 

Sınaqlar göstərib ki, “Wolfhound” zirehli maşınına quraşdırılan lazer silahları 1 km-dən uzaq məsafədə olan hədəfləri zərərsizləşdirməyə qadirdir. Silah digər platformalarda da quraşdırıla bilir.

Nazirlik əlavə edib ki, lazer sistemi hava hücumundan müdafiəni gücləndirmək üçün daha ucuz və effektiv olması baxımından seçilib.

Testin növbəti mərhələsi bu ilin sonunda Britaniya ordusunda sistemin faydalarını real dünya şəraitində qiymətləndirmək üçün keçiriləcək.

 

Elşən AĞALAR

XQ

 

 

Dünya