Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin məlumatına görə, iyulun 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. İyulun 23-də əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 7 tüfəng aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ