Novxanı qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən oğurluq olub. Polisə müraciət edən avtoyuma məntəqəsinin icarədarı orada quraşdırılan ödəmə terminalını sındırmaqla 600 manatın oğurlandığını bildirib. Məlumatı DİN mətbuat xidməti verib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakinləri O.Şahgəldiyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşları isə iyulun 20-nə keçən gecə şəhər ərazisindəki evlərin birindən 2500 manat dəyərində təmir alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən M.Süleymanovu saxlayıblar.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ