Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

post-img

Ukrayna Rusiya tərəfi ilə danışıqlara hazırdır. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə söhbətində bildirib. Xəbəri RİA Novosti verib.

Bir gün əvvəl Kuleba münaqişə başlayandan bəri ilk dəfə Çinə gəlib. Ukraynalı nazir vəziyyətin sülh yolu ilə həlli yollarının müzakirə edildiyini açıqlayıb. Danışıqlar zamanı Van İ ukraynalı həmkarına bildirib ki, Ukraynadakı münaqişənin həlli danışıqlar masası arxasında aparılmalıdır.

Reuters qeyd edib ki, onların söhbəti üç saatdan çox davam edib.

İyulda Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada danışıqları qadağan edən qanuna zidd olaraq rusiyalı həmkarı Vladimir Putinlə dialoq aparmağa hazır olduğunu bildirib: “Düzünü desək, əgər müharibəni bitirmək istəyiriksə, bunu etmək üçün bütün gücümüz varsa və dünya Ukrayna ətrafında birləşirsə, biz Rusiyada hər şeyi həll edənlərlə danışacağıq”. 

Onun fikrincə, münaqişəyə mümkün qədər tez son qoyulmalıdır. 

“Əlbəttə, bu və ya digər tonda dialoq haqqında danışmaq sonuncu ukraynalıya qədər döyüşmək niyyətindən danışmaqdan qat-qat yaxşıdır”, - Kreml onun sözlərinə cavab verib. Rusiya Xarici İşlər Nazirliyi Kiyevin bəyanatlarını ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya