İtaliya-Azərbaycan Universitetində plan yerlərinin sayı açıqlanıb

post-img

2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universitetinə də ilk dəfə tələbə qəbulu keçiriləcək. Bunun üçün 160 plan yeri ayrılıb. 

İtaliya-Azərbaycan Universitetində tələbələr ödənişli təhsil alacaqlar. Burada dizayn (interyer dizaynı), memarlıq, qida mühəndisliyi (qida texnologiyaları), aqronomluq (aqrar texnologiyalar) ixtisasları tədris olunacaq.

Qeyd edək ki, hər bir ixtisasın illik təhsil haqqı 6000 manat təşkil edəcək.

Xatırladaq ki, bu universitet Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. Universitet ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Elm