Ermənistanda İraq vətəndaşı iki polisə və özünə atəş açıb

post-img

Ermənistanın Kotayk rayonunda bir nəfər polis bölməsinə atəş açıb, nəticədə iki hüquq-mühafizə orqanı əməkdaşı və atəş açan şəxs yaralanıb. Məlumatı “İzvestiya.ru” verib. 

Bu barədə iyulun 20-də respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, həmin gecə xarici ölkə vətəndaşı polis bölməsinə çağırılıb. Əvvəllər o, polis əməkdaşlarından birindən avtomat götürərək özünə atəş açmağa cəhd edib, bundan sonra fərq qoymadan atəş açıb. Nəticədə o və iki polis əməkdaşı yaralanıb. “Sputnik Ermənistan”ın məlumatına görə, həmin şəxs İraq vətəndaşıdır.

“24News” yazıb ki, 45-50 yaşlı atıcı sinəsindən güllə yarası alaraq xəstəxanaya aparılıb .

P.ƏMİRCANOV
XQ

Dünya