Hakerlər Hindistanın ən böyük kriptovalyuta birjasını soyublar

post-img

Hindistanın ən böyük kriptovalyutası WazirX genişmiqyaslı kiberhücuma məruz qalıb. Bunun nəticəsində hakerlər təxminən 235 milyon dollar oğurlayıblar. TechCrunch xəbər verir ki, birja insidenti təsdiqləyib və müvəqqəti olaraq vəsaitlərin çıxarılmasını dayandırıb.

Mütəxəssislərin fikrincə, hakerlər USDT və GALA stabilkoinlərində, həmçinin SHIB və PEPE memkoinlərində pul çıxarıblar. Risklərin idarə edilməsi platforması Elliptic-in nümayəndələri hakerlərin Şimali Koreya ilə əlaqəli ola biləcəyi iddiasını irəli sürürlər.

Mənbə qeyd edir ki, bu iş 2024-cü ildə kriptovalyuta birjalarına edilən ən böyük kiberhücumlardan birinə çevrilə bilər. May ayında bir qrup haker Yaponiyanın bitkoin birjası DMM-dən 305 milyon dollar dəyərində 4502 bitkoin oğurlayıb. Nəticədə, birja təsirə məruz qalan istifadəçilərin itkilərini kompensasiya etmək üçün yardım üçün tərəfdaşlarına müraciət etməli olub.

Daha əvvəl bildirilmişdi ki, 2024-cü ilin birinci yarısında hakerlər müxtəlif üsullarla 1,38 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Kibercinayətkarlar tərəfindən oğurlanan bütün kriptovalyutaların təxminən 70%-i ən böyük beş hücum nəticəsində əldə edilib. Əvvəlki illərdə olduğu kimi, az sayda böyük insidentlərdə bütün vəsaitlərin əhəmiyyətli bir hissəsi oğurlanıb.

S.ELAY

XQ

Dünya