İstanbulda cinayət təşkilatı üçün məlumat toplayan PKK terrorçuları “Xəlil” ləqəbli Sadik Topaloğlu və Mehmet Savaş saxlanılıb. Məlumatı “Anadolu” verib.
Təhlükəsizlik strukturlarındakı mənbələrdən verilən məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis Baş İdarəsinin birgə əməliyyatı zamanı qanlı təşkilatın şərikləri saxlanılıb.
Topaloğlunun İraqın Qəndil bölgəsinə qeyri-qanuni yollarla daxil olduğu və orada PKK sıralarında “məlumat toplamaq” üçün təlim keçdiyi bildirilir. İraqda olarkən cinayətkar təşkilatın liderlərindən biri, “Cümə” ləqəbli Cəmil Bayıkla görüşlər keçirib.
MİT Topaloğlu və Savaşın qatil təşkilatın adından maliyyə fəaliyyətləri həyata keçirdiyini və cəbhə şirkətləri vasitəsilə Suriyadakı PKK üzvlərinə material təqdim etdiyini müəyyən edib.
PKK-nın hər iki ortağı həbs edilib və onlar terror təşkilatına yardım etməkdə təqsirli bilinib.
P.ƏMİRCANOV
XQ