Milyarder İlon Maskın “SpaceX” şirkəti tender təklifi elan etmək niyyətindədir. Həmin təklifə görə, şirkət 210 milyard dollar dəyərində qiymətləndiriləcək ki, bu da özəl ABŞ şirkəti üçün rekord məbləğdir.
“Bloomberg” xəbər verir ki, “SpaceX” səhmlərini əməkdaşlarına və digər insayderlərə 112 dollardan satacaq.
Proqnozlaşdırılan qiymət investorlar tərəfindən böyük maraqla qarşılanıb və ilkin gözləntiləri üstələyib. Tender təklifinin şərtləri tam olaraq müəyyən olunmayıb və dəyişdirilə bilər.
Tender təklifinin bağlanacağı təqdirdə “SpaceX” şirkəti dərhal Çinə məxsus “TikTok”un ana şirkəti olan “ByteDance”dan sonra dünyada ən dəyərli şirkət olacaq. Ötən ilin dekabrında “ByteDance” 268 milyard dollar dəyərində qiymətləndirilib.
Bu günə olan məlumata görə, “SpaceX” kənd və ucqar yerlər üçün nəzərdə tutulan yüksəksürətli “Starlink” internet-xidmətini idarə edən dünyanın ən böyük texnologiya istehsalçısıdır. Ötən ilin sonuna olan məlumata əsasən, şirkətin orbitdə təxminən 5 min peyki olub.