Pentaqon ABŞ-ın 2026-cı ildə hipersəs silahları da daxil olmaqla, uzun mənzilli zərbə sistemlərini Almaniyaya yerləşdirməyə başlayacağını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Birləşmiş Ştatlar 2026-cı ildə öz işçi qrupunun uzaqmənzilli atəş imkanlarını vaxtaşırı Almaniyaya yerləşdirməyə başlayacaq”.
Bildirilir ki, gələcəkdə onlar daimi əsaslarla orada yerləşdiriləcək.
Söhbət SM-6, Tomaqavk raketlərinin, eləcə də hipersəs silahlarının yerləşdirilməsindən gedir.
S.ELAY
XQ