Amerika Birləşmiş Ştatları və Almaniya Ukraynanın NATO-ya daxil olmasının əsas əleyhdarlarıdır. Bu sözləri Fransa prezidenti Emmanuel Makron Alyansın Vaşinqtonda təşkilatın 75 illiyinə həsr olunmuş sammiti ərəfəsində deyib.
Bu barədə DPA agentliyi yazır. Makron Ukraynanın Alyansa dəvət olunması ilə bağlı ABŞ və Almaniyanın “güclü müxalifətini” qeyd edib.
“Son nəticədə Ukraynanı NATO-ya dəvət etmək müttəfiqlərin qərarı olacaq",- Makron deyib.
Qeyd edilir ki, Fransa prezidenti “Ukraynanın irəliləyiş ümidlərinə daha bir zərbə vurdu”. O, həmçinin 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO-nun sonuncu sammitinə dəvətin olmaması ilə bağlı Kiyevin narazılığını xatırladıb.
"Ukraynalılar qapıların açıq olduğu, lakin o qədər də açıq olmadığı qənaətinə gələndə kifayət qədər əsəbiləşdilər. Məncə, Vaşinqton sammitinin ssenarisi eynidir", - Makron bildirib.
ABŞ Dövlət Departamenti təklif edib ki, Vaşinqtonda keçiriləcək NATO sammitində Rusiya təyyarələrinin Polşaya uçacağı təqdirdə Ukrayna səmasında vurulması mümkünlüyünü müzakirə edə bilərlər. Bu təkliflə Polşanın Baş naziri Donald Tusk çıxış edib.
Eyni zamanda, ABŞ-ın NATO-dakı səfiri Julianne Smith deyir ki, Ukrayna sammitdə hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, xüsusilə Patriot sistemləri ilə bağlı müsbət xəbərlər alacaq. O, “Ukrayna, NATO müttəfiqləri üçün gələcək xüsusi elanları, müdafiə istehsalı, davamlılıq və kibertəhlükəsizliklə bağlı xəbərləri” izləməyə çağırıb.
S.ELAY
XQ