Makron parlament seçkilərini uduzduqdan sonra “yoxa çıxıb”

post-img

Fransa prezidenti Emmanuel Makron parlament seçkilərinin birinci turunda Marin Le Penin qələbə qazanmasından sonra ictimaiyyət qarşısına çıxmayıb. Bu barədə “Bloomberg” iyulun 1-də bildirib. Məlumatı “İzvestiya.ru” yayıb. 

Materialda qeyd olunur ki, o, sonuncu dəfə səsvermənin nəticələrinin elan edilməsindən bir neçə saat əvvəl həyat yoldaşı Bricit Makronla Le Touquet-Paris-Plage kommunasında gəzərkən görünüb.

Nəşrin yazdığına görə, Fransa liderinin köməkçiləri seçki kampaniyası zamanı onun qeyri-populyarlığına görə “başını aşağı salmasını” istəyiblər. Bununla belə, o, müsahibəsində rəqiblərinin qalib gələcəyi təqdirdə Fransada “vətəndaş müharibəsi” təhlükəsi barədə xəbərdarlıq edib.

Həmçinin iyulun 1-də Fransa prezidenti Yelisey sarayında Nazirlər Kabinetinin iclasını keçirib. “Bloomberg” əlavə edib ki, orada o, solların səsləri olmasaydı, 2017 və 2022-ci illərdə prezident ola bilməyəcəyini etiraf edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya