Yəmən husilərinin hücumu nəticəsində Yunanıstan yük gəmisi zədələnib

post-img

Yunanıstana məxsus “Transworld Navigator” yük gəmisi Yəmən husilərinin hücumuna məruz qalıb, ekipaj üzvləri yaralanıb və gəmi zədələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Husilərin davam edən bu pis niyyətli və ehtiyatsız davranışı regional sabitliyi, Qırmızı dəniz və Ədən körfəzindəki dənizçilərin həyatını təhdid edir”, - məlumatda qeyd edilir.

Husilərin hərbi sözçüsü Yəhya Sari bildirib ki, Yəmən silahlı qüvvələrinin donanması pilotsuz uçuş aparatı vasitəsilə Qırmızı dənizdə “Transworld Navigator”u məhv etmək üçün ikinci əməliyyat keçirib və nəticədə gəmi birbaşa vurulub.

Hind okeanındakı “Stolt Sequoia” gəmisinə bir neçə qanadlı raketin atıldığını da deyən Yəhya Sari əməliyyatın məqsədlərinə nail olunduğunu vurğulayıb.

Dünya