Mark Rutte NATO-nun baş katibi postuna yeganə namizəddir

post-img

Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi postuna yeganə namizəd olaraq qalır.

Siyasətçi Rumıniya da daxil olmaqla, bütün NATO ölkələrinin liderlərindən dəstək alıb. Ruttedən başqa, Şimali Atlantika Alyansının rəhbəri postuna Rumıniya prezidenti Klaus İohannis də mübarizə aparırdı. Cümə axşamı, iyunun 20-də o, namizədliyini geri götürdüyünü elan edib.

Mark Ruttenin oktyabrın 1-də NATO-nun hazırkı baş katibi Yens Stoltenberqi əvəz edəcəyi gözlənilir.

Blokun yeni rəhbərinin təyin edilməsi ilə bağlı rəsmi qərar NATO-nun iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitində veriləcək.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya