Türkiyə 4 terrorçunu zərərsizləşdirib

post-img

Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayonunda keçirilən “Bozdoğan-44” əməliyyatı zamanı ikisi boz, biri narıncı kateqoriyada olmaqla dörd terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkələrdə məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Nazirin sözlərinə görə, əməliyyat Şırnak vilayətindən olan jandarm əməkdaşlarının iştirakı ilə Beytüşşebap kəndi ərazisində keçirilib.

Yerlikaya qeyd edib ki, zərərsizləşdirilən terrorçular arasında “Brusk” kod adlı Bəsri Cin, “Rüstəm” kod adlı Sefer Təmel, “Kamuran Gever” kod adlı Yılmaz Sala və “Dilsöz Rojhilat” kod adlı yaraqlı da var.

Müəyyən edilib ki, yaraqlılar ümumilikdə 6 terror aktında iştirak ediblər, bu zaman 1 mühafizəçi və 2 mülki şəxs həlak olub, 3 mühafizəçi və 4 mülki şəxs yaralanıb. 

 

P.ƏMİRCANOV

XQ

 

Dünya