Rusiya 9 ölkə ilə viza ləğvini müzakirə edir

post-img

Rusiya vətəndaşlarının 9 ölkə ilə vizasız gediş-gəlişi üçün qarşılıqlı icazələrin tətbiqini müzakirə edir. Bu barədə iyunun 21-də Rusiya Xarici İşlər Nazirliyi Konsulluq Departamentinin direktoru Aleksey Klimov məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

“Hazırda viza rəsmiliyinin ləğvi ilə bağlı ikitərəfli sazişlərə uyğun olaraq, 65-dən çox ölkənin vətəndaşları adi pasportlardan istifadə etməklə Rusiya Federasiyasına vizasız gələ bilərlər”, - Klimov bildirib.

O qeyd edib ki, son 4 il ərzində 15 belə saziş bağlanıb və hazırda Moskva daha doqquz ölkə ilə belə sazişlərin qəbulu ilə bağlı dialoq aparır.

Bir gün əvvəl, iyunun 20-də Rusiya Federasiyasının dövlət katibi və xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirmişdi ki, Moskva Rusiya Federasiyasının vizasız rejim haqqında razılığa gəldiyi BRİKS-ə üzv ölkələrin siyahısını genişləndirməyə çalışacaq. Diplomat xatırladıb ki, assosiasiyanın əksər ölkələri artıq ruslar üçün vizaları ləğv edib.

P.ƏMİRCANOV

XQ

Dünya