Lavrov: Qərbin başlatdığı Ukrayna münaqişəsi KTMT üçün təhlükədir

post-img

Qərbin Rusiyaya qarşı başlatdığı Ukrayna münaqişəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün çox ciddi təhlükə yaradır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə jurnalistlərə bildirib. Xəbəri TASS verib. 

“Əgər KTMT-nin fəaliyyətinin Qərb istiqamətindən danışsaq, təbii ki, Qərbin Ukraynada başlatdığı münaqişə, Kiyev rejiminin Rusiya Federasiyasına qarşı təcavüz aləti kimi istifadə edilməsi çox ciddi təhlükə yaradır”, - deyə nazir bildirib. 

“Bu gün biz əcdadları əsrlər boyu birgə yaşayıb yaratmış, ərazisini inkişaf etdirmiş insanların qanuni hüquqlarının tanınmasına əsaslanan ədalətli tənzimləmə əldə edilməsinə istiqamətləndiyimizi təsdiqlədik”, - Lavrov əlavə edib. 

 

P.ƏMİRCANOV

XQ

Dünya