Çin hakimiyyəti Yaponiyanın bir sıra Çin şirkətlərinə qarşı sanksiyalarından kəskin narazılığını ifadə edir və cavab tədbirləri görəcək.
TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
"Yaponiya tərəfi ÇXR-in ciddi mövqeyini nəzərə almayıb və bəzi dövlətlərə qarşı qeyri-qanuni sanksiyalardan israrla sui-istifadə edir", - o, brifinqdə vurğulayıb. Çin bununla bağlı kəskin narazılığını və kəskin etirazını bildirir: "Çin tərəfi lazımi tədbirləri görəcək və biz qanuni hüquqlarımızı qətiyyətlə müdafiə edəcəyik”.
Bundan əvvəl Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirərək Rusiyadan 11 fiziki şəxs və 42 təşkilat, habelə Hindistan, Qazaxıstan, Çin və BƏƏ-dən 11 xarici şirkət əlavə edib. Məhdudiyyətlər Çindən olan yeddi təşkilata, o cümlədən Alpha Trading Investments, Guangzhou Ausay Technology və Shenzhen Biguang Trading-ə təsir edib.
S.ELAY
XQ