Parlament Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət edib

post-img

Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

Bununla bağlı məsələ parlamentin iyunun 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Müraciətlə bağlı qərarın mətnini Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev oxuyub.

Qərar layihəsi səsverməyə qoyularaq təsdiqlənib.

Siyasət