Stoltenberq: NATO-nun yüksək hazırlıqlı 500 min hərbçisi var

post-img

NATO ölkələri öz hərbi imkanlarını artırır, hazırda alyansın 500 minə yaxın yüksək hazırlıqlı hərbçisi var.

AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra bildirib.

“Biz hazırda NATO qüvvələrinin hazırlığını artırırıq. Müxtəlif strukturlarda 500 min NATO hərbçisi yüksək hazırlıq vəziyyətindədir, bu, Madriddə keçirilən sammitdə razılaşdırılandan xeyli çoxdur. Onlar bir neçə gün ərzində istənilən zəruri istiqamətə cəlb oluna bilərlər”, - deyə Stoltenberq vurğulayıb.

Baş katibin sözlərinə görə, blok ölkələri növbəti beş ildə, həmçinin kollektiv müdafiəni hava hücumundan müdafiə sistemləri, eləcə də ən yeni nəsil qırıcılarla gücləndirməyi planlaşdırırlar.

Dünya