Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfan Əlidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müstəqilliyinizin 106-cı ildönümü münasibətilə Sizi, Azərbaycan hökumətini və xalqını təbrik edirəm.

Qayana Azərbaycanın kənd təsərrüfatını həyati vacib sektor kimi prioritetləşdirmək və iqtisadiyyatını daha da gücləndirmək üçün kənd təsərrüfatının modernləşdirilməsi istiqamətindəki təşəbbüslərini və sahəvi siyasətini izləyir və alqışlayır. Qayana da məşğulluğu və ərzaq təhlükəsizliyi perspektivlərini artırmaq üçün iqtisadi tərəqqinin əsas mühərriki kimi bu mühüm sektoru inkişaf etdirməyə sadiqdir.

Ölkələrimiz səmimi münasibətlərə malikdir. Hərtərəfli qarşılıqlı faydamız üçün ümumi maraq dairələri vasitəsilə bu əlaqələrin dərinləşdirilməsinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı və davamlı rifahınız üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Məhəmməd İrfan Əli

Qayana Kooperativ Respublikasının Prezidenti

Məktublar