Rusiya və İran əməkdaşlıq sazişinin hazırlanmasını dayandırıb

post-img

Moskva ilə Tehran arasında hərtərəfli əməkdaşlıq sazişi üzərində iş prosesi dayandırılıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

Məlumatı “Lenta.ru” verib.

Məlumata görə, iranlı tərəfdaşların indi həll olunacaq problemləri var. Lakin diplomat hansı çətinliklərin olduğunu açıqlamayıb.

Eyni zamanda, o, bu müqavilənin bağlanmasının hər iki ölkə üçün heç vaxt qüvvəsini itirməyən strateji qərar olduğunu diqqətə çatdırıb. Prosesin dayandırılması müstəsna olaraq müvəqqəti tədbirdir.

P.ƏMİRCANOV
XQ

Dünya