BRİKS ölkələrinin xarici işlər nazirləri üç əsas sahədə - siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr üzrə strateji tərəfdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqorodda BRİKS-in xarici işlər nazirlərinin görüşünün yekunları üzrə dərc etdiyi birgə bəyanatın mətnində deyilir.
Məlumatı “Anadolu” verib.
“BRICS ölkələrinin Xarici İşlər Nazirləri 2024-cü il iyunun 10-da Rusiya Federasiyasının Nijni Novqorod şəhərində görüş keçiriblər. Əsas qlobal və regional tendensiyalar və problemlər ətrafında fikir mübadiləsi aparılıb. Onlar BRİKS strateji tərəfdaşlığının üç əsas sahədə - siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr üzrə gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar qarşılıqlı hörmət və anlaşma, bərabərlik, həmrəylik, açıqlıq, inklüzivlik və konsensusu nəzərdə tutan BRİKS ruhuna sadiqliklərini təsdiqləyiblər”, - sənəddə deyilir.
Nazirlər yeni BRİKS ölkələrinin fəal iştirakını alqışlayıblar, həmçinin, onların BRİKS əməkdaşlıq mexanizmlərinə üzvi və tam inteqrasiyası üçün davamlı dəstəyini təmin ediblər.
P.ƏMİRCANOV
XQ