Fransa prezidenti Emmanuel Makron sağçı qüvvələrin qalib gəldiyi Avropa Parlamentinə (AP) seçkilərin nəticələrinə görə istefa vermə ehtimalını nəzərdən keçirir. Bu barədə “Europe1” radiostansiyası məlumat yayıb. Xəbəri “Lenta.ru” verib.
“Prezidentin istefası tabu deyil. Bəli, bütün variantları nəzərdən keçirməlisiniz. Makron beş illik prezidentlik müddətinin son aylarını qurban verməyə hazırdır”, - radiostansiya Fransa liderinin qohumlarından birinin sözlərini sitat gətirir.
Əlavə olaraq bildirilir ki, Makron iyunun 9-da elan etdiyi növbədənkənar parlament seçkilərini “dramatikləşdirmək” üçün bu addımı qəsdən ata bilər. O, Marin Le Penin “Milli birliyi”nin qələbəsindən qorxur və belə bir addımla öz elektoratını seçkiyə getməyə məcbur etmək istəyir.
Qeyd edək ki, iyunun 6-dan 9-dək Avropa Parlamentinə seçkilər keçirilib. Fransada keçirilən səsvermənin nəticələrinə görə, Le Penin “Milli birliyi” təxminən 32 faiz səs toplayıb.
Seçkilərin nəticələrinə cavab olaraq Makron parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutacaq. O, həmçinin baş nazir Qabriel Attalın rəhbərliyindəki İntibah Partiyası hökumətinin istefasını qəbul edib.
P.ƏMİRCANOV
XQ