Müasir dünyada texnoloji yeniliklər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Avtomobil sənayesi də kənarda qalmayıb. Süni intellekt avtomobil sənayesinə daxil olub, inkişaf üçün yeni zəmin yaradıb və standartları yenidən müəyyənləşdirib.
Bu yeniliklər sayəsində avtomobil sənayesi də sürətlə inkişaf edir. Artıq sürücüsüz avtomobillər dünyanın bir çox ölkəsinin küçələrində hərəkət edir. Onları radar, GPS, odometr, kompüter kimi müasir texnologiyalar idarə edir. Süni intellekt sayəsində nəqliyyat vasitələri obyektləri tanıyır, bundan sonra nə baş verə biləcəyini təxmin edir, hətta gözlənilməz vəziyyətlərə reaksiya verir. Bunun sayəsində sürücüsüz avtomobillər insan sürücülərə nisbətən da tez qərar verə bilir. Nəticədə, avnonom avtomobillər avtomatik idarə sistemləri sayəsində sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək gedir.
Süni intellekt yol qəzalarını da azaldır. Çünki pilotsuz nəqliyyat vasitəsi qarşıya qoyulan konkret qayda və tələblərlə hərəkət edir. Misal üçün, əgər bu nəqliyyat vasitəsi sağa, sola yaxud geriyə dönəcəksə, qarşıdakı pilotsuz avtomobilin hərəkətinə uyğun davranır. Yəni o, qarşıdakının hərəkətini bilir və ona uyğun əməliyyatı yerinə yetirir. Beləliklə, qabaqcıl texnologiyalar sayəsində avtonom avtomobillər səhv marjasını minimuma endirir və insanlar daha az səhv edirlər.
PÜNHAN
XQ