ABŞ Qırmızı dənizdə husilərin bir PUA-sını və iki raketini vurub

post-img

ABŞ Mərkəzi Komandanlığının qüvvələri Qırmızı dənizin cənubunda husilərin bir pilotsuz uçuş aparatını (PUA) və gəmi əleyhinə iki ballistik raketini məhv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.

Komandanlığın məlumatına görə ki, insident zamanı heç bir gəmi zədələnməyib.

Qeyd edək ki, İsrailin Qəzza sektoruna hücuma başlayandan sonra Yəməndəki husi üsyançıları yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsini əngəlləyir, onlara hücum edir. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa da qoşulub.

Dünya