Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

post-img

İyunun 2-də “Human Development Center”in (HDC) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib.
Bakı Gənclər Mərkəzində baş tutan çempionatda, ümumilikdə 30 təlimçi iştirak edib. 

Yarışmanın sonunda müxtəlif meyarlar üzrə hesablamalar aparılıb, hər raund üzrə qiymətlər toplanıb və nəticədə bir komanda çempionatın qalibi elan edilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi təlimçilik sahəsi üzrə çalışan, bu sahəyə maraqlı olan şəxslərin - iştirakçıların öz bacarıqlarını yoxlamasına imkan yaradılması və təlimçiliklə bağlı mövcud boşluqlarını müəyyənləşdirilməsidir.

















Sosial həyat