Vilayət Quliyev “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin Laçında keçirilməsinin əhəmiyyətindən danışıb

post-img

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev Laçında keçiriləcək Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında fikirlərini bölüşüb.

Yay düşərgələrinin təşkil olunmasının əhəmiyyətini vurğulayan səfir müxtəlif xarici ölkələrdən gələn düşərgə iştirakçılarının Azərbaycanda gedən pozitiv dəyişikliklər, inkişaf və  tərəqqi ilə daha yaxından tanış olmağa imkan yaratdığını  bildirib.  Vilayət Quliyev növbəti Yay düşərgəsinin Laçında keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib və düşərgə iştirakçılarına uğurlar arzu edib. 

Qeyd edək ki, “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçiriləcək.

 

 

Sosial həyat