Putin Özbəkistana səfər edəcək

post-img

Rusiya Prezidenti Vladimir Putin mayın 26-27-də Özbəkistana səfər edəcək. Səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır. Bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. Xəbəri “İnterfaks.ru” verib. 

“Hələlik deyə bilərəm ki, bu gün və sabah Belarusa, bazar və bazar ertəsi isə Özbəkistana səfər olacaq”, - Uşakov jurnalistlərə deyib.

Mayın 21-də Putinlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirilmişdi ki, Vladimir Putin mayın 23-24-də Belarusa rəsmi səfər edəcək və Minskdə Prezident Aleksandr Lukaşenko ilə görüşəcək.

P.ƏMİRCANOV
XQ

Dünya