Putin: Rusiya-İran münasibətlərinin davam etməsi üçün hər şeyi edəcəyik

post-img

Rusiya İranla münasibətlərin konstruktiv və etibarlı şəkildə davam etməsi üçün hər şeyi edəcəkş Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

İran prezidenti ilə vida mərasimində iştirak etmək üçün Tehrana gedən Rusiya nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşdə Putin qeyd edib ki, təyyarə qəzasında həlak olan İbrahim Rəisi sözünün üstündə duran və milli maraqları rəhbər tutan insan olub. 

“Onunla işləmək xoş idi, demək istəyirəm ki, əgər biz nəyisə razılaşdırırdıqsa, deməli, həmişə əmin ola bilərdik ki, bu razılaşmalar mütləq həyata keçəcək. Biz də Rusiya-İran münasibətlərinin davam etməsi üçün hər şeyi edəcəyik. Xahiş edirəm, bu sözləri İran rəhbərliyinə çatdırın”, - deyə Rusiya prezidenti bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya