ABŞ nəşrinin Azərbaycan barədə yazısı

post-img

ABŞ-də yayımlanan “International Policy Digest” nəşrində sülhməramlıların bölgəni tərk etməsindən sonra Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üçün yeni imkanların yaranmasından bəhs edən məqalə dərc olunub. 

Yazıda qeyd edilib ki, sülhməramlı kontingentin missiyası 2025-ci ilin noyabrında başa çatmalı olsa da, Rusiya sülhməramlıları bölgədən çıxarıb. Daha sonra Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı diqqətə çatdırılıb: “Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında əraziyə nəzarəti bərpa edib. 6 ay sonra Rusiya Qarabağdan sülhməramlılarını çıxarıb”.   

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu barədə mediaya açıqlamasına istinad edilir: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Yazıda iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan razılığın və atılan addımların xüsusilə ümidverici olduğu bildirilib. Həmçinin Zəngəzur dəhlizi haqqında da məlumat verilib, bu məsələnin hələ də həllini tapmadığı vurğulanıb. 

Məqalədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsindən də sitat gətirilib: “Ermənistan təcrid vəziyyətini aşa, tranzit gəlirləri əldə edə və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər”. Ermənistan bu təklifi rədd edərsə, Azərbaycan yolu və dəmir yolunu İran vasitəsilə daha cənubda da inşa edə bilər.

Nəşrdə Azərbaycanın COP29-a ­evsahibliyi haqqında da məlumat verilib.

XQ

 

Dünya