4 ayda əlillərə 40,2 min bərpa vasitəsi verilib

post-img

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar–aprel aylarında əlilliyi olan şəxslərə 40 min 200 reabilitasiya vasitəsi verilib. Onlardan 3 min 500-ü təkərli oturacaq (o cümlədən 6-sı mühərrikli təkərli oturacaq), 835-i aşağı və yuxarı ətraf protezi, 944-ü eşitmə aparatı, 953-ü qoltuqaltı və dirsəkaltı ağac olub. 

Həmçinin əlilliyi olan şəxslərə 1073 cüt protez ayaqqabı, 1,8 min cüt ortopedik ayaqqabı, 29 korset və s. reabilitasiya vasitələri təqdim olunub. 4 ayda, ümumilikdə, 5 min 500 nəfər əlil reabilitasiya vasitəsi ilə təmin edilib.

Zərifə HÜSEYNOVA 
XQ

 

Sosial həyat