Kiyev–Ankara hərbi müzakirəsi

post-img

Dünən Türkiyənin Milli Müdafiə Nazirliyindən mediaya bildirilib ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov Ankaraya səfər edib.

Xəbərdə qeyd olunur ki, qonağı türkiyəli həmkarı Yaşar Gülər qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra nazirlər arasında müzakirələr başlayıb. Daha sonra heyətlərarası görüş keçirilib. 

Bu arada rəsmi Londonun “Krımı Ukraynanın bir hissəsi hesab etdiyin­dən Kiyevə bu regiona zərbə endirməyə icazə verdiyi” barədə məlumat yayılıb. 

“Sky News“in xəbərinə görə, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps mətbuat konfransı zamanı bildi­rib. O deyib ki, ölkəsi özünün istehsal etdiyi silahların istənilən dövlətin ərazi­sində istifadəsinə qadağa qoymaq niy­yətində deyil.

XQ

Dünya