Putin Patruşevin yerinə Şoyqunu təyin etdi

post-img

Rusiya prezidenti Vladimir Putin Nikolay Patruşevi başqa işə keçməsi ilə əlaqədar Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.

Onun vəzifəsinə keçmiş müdafiə naziri Sergey Şoyqu təyin edilib.

Kremlin sözçüsü Dmitri Peskovun dediyinə görə, Patruşevin yeni vəzifəsi bir neçə günə məlum olacaq.

“Baş Qərargah rəisi Valeriy Gerasimov öz fəaliyyətini davam etdirəcək, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə mülki şəxs rəhbərlik etməli və yeniliklərə açıq olmalıdır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi rəhbərinin hərbi rütbəsinin olub-olmayacağı əsas məsələ deyil”, - Peskov bildirib.

S.ELAY

XQ

Dünya