ABŞ Krım üzərindən vurulan ATACMS raketləri ilə bağlı xəbərləri təsdiqləməyib

post-img

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə Krım üzərində ATACMS raketlərinin məhv edilməsi ilə bağlı xəbərləri təsdiqləməyib. O, həmçinin Ukraynaya kifayət qədər raket məlumatlarının ötürüldüyünü bildirib.

"Onlardan hər hansı birinin (ATACMS raketləri - red.) vurulması ilə bağlı xəbərləri təsdiqləyə bilmirəm. Mən, həmçinin Ukraynaya ötürülən ATACMS-lərin sayı barədə konkret məlumat verməyəcəyəm”, - Kirbi qeyd edib. Bununla belə, o, çatdırılan raketlərin sayının “əhəmiyyətli” olduğunu əlavə edib.

Aprelin 30-da günortadan sonra Rusiya Müdafiə Nazirliyi Krım yarımadası üzərində altı ATACMS raketini vurduğunu bildirib. Krımın rəhbəri Sergey Aksenov xəbərdarlıq edib ki, bu raketlərlə gecə hücumundan sonra Simferopol yaxınlığında partlamamış sursatlar tapılıb.

Xatırladaq ki, aprelin 24-də ABŞ Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. 

S.ELAY

XQ

 

 

Dünya