Prezident Co Bayden deyib ki, ABŞ nüvə reaktorları üçün ilk 90 kq zənginləşdirilmiş uranı istehsal edib. Onun fikrincə, Vaşinqton Rusiya kimi ABŞ-ın “etibar edə bilmədiyi” ölkələrdən uran idxalına “çox uzun müddət” etibar edib.
“Bu gün mən elan edə bilərəm ki,... Cənubi Ohayodakı zavod artıq Amerikada istehsal olunan ilk 200 funt (təxminən 90 kq - red.) güclü zənginləşdirilmiş uranı istehsal edib. Və o (zavod-red.) ilin sonuna qədər demək olar, bir ton istehsal etməyə çalışır ki, bu da bu ölkədə 100 min evi elektrik enerjisi ilə təmin etməyə kifayət edəcək”, - deyə cənab Bayden Vaşinqtonda bildirib. Onun sözləri Ağ Evin saytında qeyd olunub.
ABŞ prezidenti bildirib ki, onun administrasiyası uran idxalından asılılığı azaltmağa çalışır. ABŞ-da “müasir nüvə yanacağının istehsalına” 3,4 milyard dollar sərmayə qoyulacaq.
2023-cü ildə ABŞ Ticarət Departamentinin məlumatına görə, Rusiya ABŞ-a 1,2 milyard dollardan çox uran satıb ki, bu da 2009-cu ildən bəri rekorddur. "Financial Times"ın məlumatına görə, Rusiya Federasiyasından uranın idxalına qadağa 2024-cü ildə qəbul edilə bilər.
S.ELAY
XQ