Tümen vilayətinin İşim şəhərində suyun səviyyəsi 6 saat ərzində 40 sm artaraq 861 sm-ə çatıb.
Suyun səviyyəsi barədə məlumat İşim şəhərinin administrasiyası tərəfindən Telegram-da verilir. Suyun artması davam edir. Meriya aşağı sulu körpülərin, bağ sahələrinin, kənd təsərrüfatı sahələrinin su altında qalacağını, eləcə də yaşayış məntəqələri arasında yol əlaqəsinin pozulmasını gözləyir.
Tümen vilayətində aprelin 8-dən daşqınla bağlı fövqəladə vəziyyət hökm sürür. İşim və Tobol çaylarında suyun səviyyəsinin tarixi maksimumları keçəcəyi gözlənilir. Pik nöqtənin aprelin 23-25-də olacağı proqnozlaşdırılır.
S.ELAY
XQ